“Seçicilərin azad səs verməsi üçün bütün şərait yaradılıb” – Məzahir Pənahov

saytların hazırlanması

Evə çatdırılma

“Seçicilərin azad səs verməsi üçün bütün şərait yaradılıb” – Məzahir Pənahov

Siyasət

09 Fevral 2020 06:02 1344


Parlament seçkilərində seçicilərin azad və sərbəst səs verməsi üçün seçki məntəqələrində bütün lazımi şərait yaradılıb.

“Yeni Sabah” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. M.Pənahov bildirib ki, məntəqə seçki komissiyasının üzvlərinin vəzifəsi bütün seçki fəaliyətinin Seçki Məcəlləsinə uyğun olmasını təmin etməkdir:

“Seçicilər üçün bütün şəraitin yaradılması bizim borcumuzdur və biz çalışmışıq ki, bütün işləri Seçki Məcəlləsinə uyğun həyata keçirək”. pizza mizza

MSK sədri əlavə edib ki, seçki prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında akkreditasiyadan keçmiş bütün şəxslərin fəaliyyətinə məntəqə seçki komissiyalarının üzvləri, eyni zamanda akkreditasiyadan keçmiş şəxslər də seçki məntəqələrinin fəaliyyətinə maneə yaratmamalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!