15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev şəxsi sosial şəbəkə hesabında seçkiqabağı təbliğat-təşviqat kampaniyası ilə bağlı paylaşım edib. O, seçicilərindən dəstək gördüyünü bildirib.
"Yeni Sabah" xəbər verir ki, namizədin seçiciləri könüllü kimi təbliğat-təşviqat prosesində iştirak ediblər. Onlar digər seçicilərə Ü.Quliyev haqqında bukletlər, kitablar paylayıb, onun haqqında ətraflı məlumat veriblər.
Ü.Quliyev könüllü seçicilərinə təşəkkür edərək belə bir paylaşım edib: pizza mizza
“Seçicilərindən Ülvi Quliyevə böyük dəstək!
Seçicilərimizin bir çoxu könüllü kimi təbliğat-təşviqat kampaniyamıza qoşuldu. Vaxtından, əməyindən istifadə edib bizə qoşulan hər kəsə təşəkkür edirəm”.
Telegram kanalımız