Seçki günü ölən vəkilin oğlu müraciət yaydı: “Siyasi oyunlara...” - Video

saytların hazırlanması

Evə çatdırılma

Seçki günü ölən vəkilin oğlu müraciət yaydı: “Siyasi oyunlara...” - Video

Siyasət

10 Fevral 2020 09:15 1257


Göygöl rayonunda vəfat edən Sübhan Vəliyevin oğlu Samir Hacıyev KİV-ə müraciət edib.

"Yeni Sabah" bildirir ki, 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevin övladı müraciətində atasının seçki dairəsində hansısa təzyiqlərə məruz qalmadığını deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil: Sezar pizza

“Atam hansısa seçki dairələrində təzyiqə məruz qalmayıb. O, bir neçə uzun müddət ürək xəstəliyindən əziyyət çəkib, xəstəliyi ilə əlaqədar koronaroqrafiya (anju) əməliyyatı olunub. Ötən gün də xəstəliyi ilə əlaqədar infarkt keçirərək vəfat edib. Xahiş edirəm ki, bunu siyasi oyunlara çevirməyin”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!