Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək

saytların hazırlanması

Evə çatdırılma

Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək

Sosial

07 Fevral 2020 09:00 963


Azərbaycanda fevralın 9-da keçirilməsi nəzərdə tutulan Parlament seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

TƏBİB-dən "Yeni Sabah"a verilən məlumata görə, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. Hər bir çağırışa çevik cavab veriləcək. Dördpendirli pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!