Seçki ilə bağlı “qaynar xətt” yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Seçki ilə bağlı “qaynar xətt” yaradıldı

Siyasət

09 Fevral 2020 07:02 1643


Azərbaycan Mətbuat Şurasında bu gün keçirilən növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək üçün “qaynar xətt” təşkil olunub.

Mətbuat Şurasından "Yeni Ssbah"a verilən məlumata görə, qurumun (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri saat 08.00-dan 19.00-dək bu rejimdə işləyəcək. 

“Qaynar xətt” Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və digər müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək. Sezar pizza

MŞ həmçinin kütləvi informasiya vasitələrinin parlament seçkilərində peşə fəaliyyətlərini həyata keçirmələrinin, onlara yaradılmış şəraitin monitorinqini də aparır. Şuranın İdarə Heyətinin üzvləri bu məqsədlə ölkəmizin müxtəlif bölgələrindəki, habelə paytaxt Bakıdakı seçki dairə və məntəqələrində olacaq, prosesi bilavasitə izləyəcəklər.

“Qaynar xətt”in fəaliyyəti və MŞ-nin İdarə Heyəti üzvlərinin müşahidələri ilə bağlı gün ərzində məlumat veriləcək, o cümlədən yekun hesabat da hazırlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!