Seçki komissiyalarının tərkibində dəyişiklik edildi

saytların hazırlanması

Evə çatdırılma

Seçki komissiyalarının tərkibində dəyişiklik edildi

Siyasət

10 Aprel 2019 16:25 861


Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qərar imzalayıb.

“Yeni Sabah” dəyişikliyi təqdim edir:

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır: pizza sifarişi

1. Tahir Turar oğlu Ələkbərov 38 saylı Nizami ikinci (Gəncə), Urfan Səfərəli oğlu Nəsirov 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Kənan Elman oğlu Qəhrəmanov 2 saylı Şərur, Məmmədhüseyn Mühəndis oğlu Cahangirli 75 saylı Lənkəran–Masallı, Həsən Hüseyn oğlu İsmayılov 98 saylı Şəmkir şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!