Ermənistanda keçirilən seçkilərlə bağlı ilk qanun pozuntuları haqda xəbərlər gəlməkdə davam edir. Keçmiş prezident Serj Sərkisyanın Respublika partiyasının sədr müavini Armen Aşotyan bildirir ki, hərbi hissələrdə əsgərlərin hakim partiyaya səs verməyə məcbur edilməsi haqda faktlar daxil olur. Belə ki, Tavuş vilayətindəki hərbi hissələrdən birinin komandiri əsgərləri Nikol Paşinyana səs verməyə məcbur edir. Zəngəzurda, Xndzoreks kəndində isə əsgərlərə Paşinyanın adından dondurma paylayıblar.
Hakimiyyətin seçkilərin nəticələrini öz xeyrinə dəyişə bilmək üçün inzibati resursları işə saldığı barədə digər xəbərlər də gəlməkdədir.
*** Sezar pizza
Keçmiş prezident Robert Köçəryanın "Ermənistan" blokunun Sisyan şəhərindəki mərkəzi qərargahında və qərargah rəhbərlərinin evlərində axtarışlar aparılır.
Virtualaz.org bildirir ki, bu barədə “Novosti Armeniya”ya Sisyan şəhərinin meri Artur Sarkisyan məlumat verib.
*** Sezar pizza
Bu gün Ermənistanda parlament seçkiləri keçirilir.
Səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq. Ermənistanda erkən parlament seçkilərində rekord sayda - 25 siyasi qüvvə (4 blok və 21 partiya) iştirak edir. 2008 seçki məntəqəsindən 479-u Yerevanda, 1529-u isə bölgələrdə yerləşir.
2583 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var, onlardan 855 mindən çoxu paytaxtdadır. 363 nəfər elektron səs verə bilər - onlar diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləridir.
Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər proporsional sistemlə keçirilir.
Xatırladaq ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, ikinci prezident Robert Köçəryan hesab olunur. Köçəryan seçkiyə "Ermənistan" blokunun lideri kimi qatılıb.
Telegram kanalımız