Seçkidə bütün partiyalar qazandı, onlar itirdi… - Foto

saytların hazırlanması

Evə çatdırılma

Seçkidə bütün partiyalar qazandı, onlar itirdi… - Foto

Siyasət

02 Sentyabr 2024 17:20 1276


Ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri məlumdur. 125 dairənin hər birində seçki baş tutub və Milli Məclisin yeni tərkibi formalaşıb. 

Yenisabah.az xəbər verir ki, növbədənkənar parlament seçkilərinin şəriksiz qalibi hakim Yeni Azərbaycan Partiyasıdır. YAP-ın 68 namizədi deputat mandatı qazana bilib. 

“Ana müxalifət” statusuna isə Vətəndaş Həmrəyliyi Partiyası yiyələnib. VHP-nin 3 namizədi Milli Məclisin deputatı seçilib. Bununla yanaşı, ƏHD Partiyasının 2, BQP-nin 1, BAP-ın 1, AVP-nin 1, MCP-nin 1, ReAL-ın 1 və MDP-nin 1 namizədi marafondan qalib ayrılıb.  pizza sifarişi

Parlament seçkilərində iştirak edən Müsavat Partiyası, Ümid Partiyası, KXCP və Ağ Partiyanın isə heç bir namizədi seçkidə qalib gələ bilməyib.

Növbədənkənar parlament seçkilərində ən böyük acını Müsavat Partiyası yaşayıb. İsa Qəmbərin rəhbərlik etdiyi təşkilat seçkilərdə nəinki 1 mandat qazana bildi, hətta özünün aparıcı funksionerlərindən olan professor Nəsiman Yaqublunu da itirdi. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olan Nəsiman Yaqublu avqustun 25-də Zəngilanda yaşayan seçicilərlə görüşdən qayıdarkən Cəbrayıl rayonu ərazisində ağır avtomobil qəzası keçirərək, faciəli şəkildə həlak olub. 

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!