Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəlində dəyişiklik edilib.
“Yeni Sabah” xəbər verir ki, Milli Məclisə seçkilərlə əlaqədar olaraq tur əvvəlcədən nəzərdə tutulduğu kimi fevralın 8-9-da deyil, 7-8-də keçiriləcək.
2 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. pizza sifarişi
Azərbaycan Premyer Liqası
XVI tur
7 fevral (cümə)
“Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”, 19:00
“Keşlə” – “Səbail”
“ASK Arena”, 17:00
8 fevral (şənbə)
“Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00
“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”, 17:30
Telegram kanalımız