Seçkilərin son nöqtəsini onlar qoyacaq

saytların hazırlanması

Evə çatdırılma

Seçkilərin son nöqtəsini onlar qoyacaq

Siyasət

12 Fevral 2020 06:00 1116


Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günündən ən geci 20 gün keçənədək Dairə Seçki Komissiyalarının protokollarını yoxlamalıdır.

“Yeni Sabah” xəbər verir ki, MSK bundan sonra həmin sənədləri 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi doqquz hakimdən ibarətdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir. Sona Salmanova isə Konstitusiya Məhkəməsinin sədr müavinidir. Pepperoni pizza

Digər hakimlər isə aşağıdakılardır: Südabə Həsənova, Mahir Muradov, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov, Kamran Şəfiyev.

Qeyd edək ki, qanunvericiliyə görə, yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə müvafiq sənədlərə baxılma müddətini artıra bilər.

Dairə Seçki Komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!