Seçkilərlə bağlı son nəticə bu tarixdə açıqlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Seçkilərlə bağlı son nəticə bu tarixdə açıqlanacaq

Siyasət

10 Fevral 2020 12:37 1394


Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin yoxlanılmasını və yekun vurulmasını fevralın 29-dək təmin etməlidir.

"Yeni Sabah"ın Mərkəzi Seçki Komissiyasının saytına istinadən məlumatına görə, Seçki Məcəlləsinin 171.2 maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.

Milli Məclisə fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci fevralın 29-dək olan dövrü əhatə edir. Sezar pizza

Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Qeyd edək ki, MSK bu gün seçkilərin ilkin nəticələrini açqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!