Seçkiqabağı təşviqat kampaniyası başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Seçkiqabağı təşviqat kampaniyası başa çatdı

Siyasət

22 Dekabr 2019 06:11 1017



Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı aparılan seçkiqabağı təşviqat bu gün 08:00-da başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Beləliklə, dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət noyabrın 30-dan başlanıb, dekabrın 22-i saat 08:00-da başa çatıb.

Xatırladaq ki, Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.  pizza mizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!