Seçkiqabağı təşviqata nə zaman başlanacağı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Seçkiqabağı təşviqata nə zaman başlanacağı məlum oldu

Siyasət

29 İyun 2024 16:26 673


Növbədənkənar parlament seçkisində seçkiqabağı təşviqata nə zaman başlanacağı məlum olub.

Yenisabah.az xəbər verir ki, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.

Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırmalıdırlar. Sezar pizza

Növbədənkənar parlament seçkisində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!