“Seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq” - Byazidən pessimist açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq” - Byazidən pessimist açıqlama

İdman

28 Avqust 2021 14:45 1209


"Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq".

Yenisabah.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Biancocelesti" telekanalına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsindəki şansları dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis final mərhələsinə vəsiqə qazanmaq şanslarının olmadığını bildirib: "İlk yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz". Dominos pizza

Qeyd edək ki, A qrupunda yer alan və 2 oyundan sonra xalı olmayan Azərbaycan millisi sonuncu sırada qərarlaşıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!