“Sədərək” firmasının sahibi böyük məbləğdə cərimə edilir

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək” firmasının sahibi böyük məbləğdə cərimə edilir

Hadisə

11 Avqust 2023 21:21 1437


“Sədərək” firması reklam haqqında qanunvericiliyin pozulmasında ittiham edilir.

Yenisabah.az xəbər verir ki, firmaya İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

İş araşdırılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Hakim Teymur Qurbanovun icraatına verilib. pizza hut

Məhkəmə baxışı avqustun 21-nə təyin edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Sədərək” firması “Sədərək” Ticarət Mərkəzi ilə eyni şəxslərə məxsusdur.

“Sədərək” Firmasının təsisçisi Yusif Qədimbəylidir. “Sədərək” Ticarət Mərkəzi də Yusif Qədimbəyliyə məxsusdur./Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!