Son 2 gündə Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirilib.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, yaranan problemlə bağlı Naxçıvan Baş Gömrük İdarəsi məlumat yayıb.
Sədərək Gömrük Postunda TIR-ların buraxılması ilə bağlı heç bir problem yoxdur: Marqarita pizza
"Sadəcə Türkiyə ilə İran arasında sərhəd qapısında problem yaranıb və bağlanıb. Ona görə TIR-ların hamısı Sədərək Gömrük Postundan keçir və burada sıxlıq yaranıb. Hazırda Türkiyə tərəfdə TIR-lar üçün yalnız bir keçid işləyir. Orada 250-dən çox TIR-ımız var. Sədərək Gömrük Postunda TIR-ların buraxılması və gömrükdə hər hansı məsələ ilə bağlı problem yoxdu. Sadəcə qarşı tərəfdə problem həll olunan kimi TIR-lar həmişəki qaydada keçid məntəqəsindən buraxılacaq".
Hazırda yaranan problem nəticəsində gömrükdə sıxlıq yaranıb və iki ölkə arasında neytral zonada da TIR-lar gözləyir.
Telegram kanalımız