“Sədərək“ Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək“ Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

Sosial

16 İyul 2019 15:31 1708


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məşhur iş adamı, "Sədərək" Ticrarət Mərkəzinin sahibi Yusif Qədimbəylini Xəzər dənizinin sahilboyu zolağının altında olan torpaq sahələrini qanunsuz hasarladığına görə cərimələyib.

“Yeni Sabah” "Report"a istinadən bildirir ki, o, İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsini pozmaqda təqsirli bilinib.

Bu maddə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə bağlı məsuliyyəti nəzərdə tutur.

Y.Qədimbəyli bu əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsində təqsirli bilinib. Bu əmələ görə, fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

Nəsimi Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, Yusif Qədimbəyli "Sədərək" ticrarət mərkəzinin və Qubada yerləşən Qafqaz TV (əvvəllər "Xəyal" adlanıb) regional telekanalının sahibidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!