“Sədərək”də anbarı yanan şirkət KİMİNDİR? - Dövlətə külli miqdarda borcu var imiş...

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək”də anbarı yanan şirkət KİMİNDİR? - Dövlətə külli miqdarda borcu var imiş...

Sosial

24 Avqust 2025 19:10 4260


Xəbər verdiyimiz kimi, bu gün "Sədərək" ticarət mərkəzində güclü yanğın olub.

Yenisabah.az xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, güclü yanğının baş verdiyi anbar “Super Toys” mağazalar şəbəkəsinə məxsus olub. Şirkət həmin anbarı icarəyə götürübmüş.

Xatırladaq ki, ötən il mətbuatda yayılan xəbərlərə görə, “Super Toys” mağazalar şəbəkəsinin dövlətə külli miqdarda vergi borcu yaranıb. pizza mizza

Belə ki, ötən ilə olan məlumata əsasən, şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 1 milyon 458 min 915 manat 28 qəpik vergi borcu olub.

Qeyd edək ki, "Supertoys" MMC-nin qanuni təmsilçisi Cəfərov Xəqani Vədud oğlu, şirkətin icraçı direktoru Səidə Fətullazadədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!