“Sədərək”də maşınların üzərində atılıb-düşən şəxs müalicə mərkəzinə yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək”də maşınların üzərində atılıb-düşən şəxs müalicə mərkəzinə yerləşdirildi

Hadisə

14 Aprel 2024 15:44 627


Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birinin dayanacağında avtomobillərə qəsdən ziyan vurulması ilə bağlı polisə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib.

Həmin şəxs paytaxt sakini 2001-ci il təvəllüdlü V.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun psixi sağlamlığının yerində olmadığı müəyyən edilib. Həmin şəxsin ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib. pizza hut

Qeyd edək ki, sosial şəbəkələrdə bir gəncin “Sədərək” Ticarət Mərkəzinin dayanacağında avtomobillərin üzərinə çıxaraq qəsdən ziyan vurmasını əks etdirən görüntülər yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!