"Sədərək" Ticarət Mərkəzi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.
Yenisabah.az xəbər verir ki, faktla bağlı FHN-in İstintaq və Əməliyyat İdarəsində yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır. İş Cinayət Məcəlləsinin 225.1-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə açılıb.
Avqustun 24-də baş verən yanğın ötən gün söndürülüb. Dominos pizza
Yanğınla bağlı 13 nəfər tüstüdən zəhərlənib.
Telegram kanalımız