Sədr narazıdır, vəkillər məhkəmələri lağa qoyur - “Bunu qeyri-etik formada edirlər”

saytların hazırlanması

Evə çatdırılma

Sədr narazıdır, vəkillər məhkəmələri lağa qoyur - “Bunu qeyri-etik formada edirlər”

Sosial

18 İyul 2025 18:35 523


"Bəzi vəkillər sosial şəbəkələrdə müəyyən məhkəmə proseslərini ictimai müzakirəyə çıxarır, bəzən bunu qeyri-etik formada edirlər. Birmənalı şəkildə bildirirəm ki, indiyədək bu hallarla bağlı xəbərdarlıqlar etmişik. Lakin bu gündən etibarən bu məsələdə daha ciddi tədbirlərin görülməsi zəruridir".

Yenisabah.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, məhkəmə hakimiyyətini lağa qoyan, əsassız və xoşagəlməz fikirlərlə çıxış edən vəkillər barəsində intizam tədbirləri görülməsi nəzərdə tutulur: pizza

"Bəzi vəkillər məhkəmələr və digər dövlət qurumları haqqında əsassız, subyektiv və bəzən həqiqətə uyğun olmayan fikirlər paylaşır, bu isə böhtan və təhqir kimi qiymətləndirilə bilər. Təbii ki, bu hallar bütün vəkillərə aid deyil, lakin azsaylı da olsa, belə hallar diqqətimizdədir və həmin vəkilləri məsuliyyətə dəvət edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!