Şəfəq Novruzdan taxta bazarında ölən dayısı ilə bağlı paylaşım   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəfəq Novruzdan taxta bazarında ölən dayısı ilə bağlı paylaşım - Foto

Şou

30 Noyabr 2023 14:14 1114


Stilist-vizajist Şəfəq Novruz tikinti materialları bazarında ölən dayısı Razi Qasımovla fotosunu paylaşıb. 

Musavat.com xəbər verir ki, o sosisal şəbəkdə paylaşdığı şəkilinin dayısı ilə çəkilən yeganə foto olduğunu qeyd edib:

"Dünyanın ən təmiz ən məsum adamı, həmişə hamının pis günündə köməyinə qaçan... Heç vaxt qəlbimə dəyməyib. Razi dayıma qarşı uşaqlıqdan heç bir pis xatirəm yoxdur. Cəmi bir şəkilimiz var. Nur içində yat nurlu adam". pizza

Xatırladaq ki, noyabrın 23-də Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında baş verən yanğında həyatını itirən şəxs stilistin doğma dayısıdır. Şəfəq bu xəbəri anasının bilmədiyini də vurğulayıb.

Həyatını itirən 1962-ci il təvəllüdlü Razi Qasımov yaxın qohumunun obyektində mühafizəçi işləyirmiş. O, yanğın baş verən zaman alovun mühafizə etdiyi obyektə də keçməsini görməsindən sonra halı pisləşərək hadisə yerində dünyasını dəyişib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!