“Səfərdə daha çox güc sərf etməliyik” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Səfərdə daha çox güc sərf etməliyik” - Qurban Qurbanov

İdman

19 Avqust 2021 22:45 946


"Yenə futbolçuları təbrik etmək istəyirəm. Bəzi səbəblərə görə tam yaxşı oyun göstərməyə söz vermirdim. Sona yaxın rəqibi öz meydanımızda qəbul edib. Oyun ərzində isə biz topa nəzarət edirdik".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Şotlandiyanın "Aberdin" klubunun baş məşqçisi Stiven Qlass Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, rəqibin standart vəziyyətlərdə təhlükəli olmasından əvvəlcədən xəbardar idilər: "Rəqib uzun toplardan çox istifadə edir. Buna hazırlaşmışdıq. Fiziki cəhətdən möhkəm rəqibdir. Cütün taleyi cavab görüşündə həll ediləcək. Yaxşı komandaya qarşı səfərdə daha çox güc sərf etməliyik. Azarkeşlərə təşəkkür etməmək düzgün olmaz. Çox istərdim ki, bu azarkeşlər səfərdə də bizimlə olsunlar. pizza hut

Qurbanov görüş ərzində aqressiv olduğunu söyləyib: "Oyunda səbr çox vacibdir. Futbolçuları diqqətli olmağa çağırırdım. Meydan amili barədə səsə demək çətindir. “Aberdin” fiziki cəhətdən güclüdür, uzun toplardan istifadə edir. Amma topla oynamağı da xoşlayırlar. Hər iki komandaya maneçilik oldu. Səfərdə də meydançanın durumu hər iki tərəf üçün eyni olacaq. Biz qalib gəlmişik. Meydançaya uyğun oyun qurmuşduq. Hər il bu vaxtlar meydanla əlaqədar problem olur. Cavab matçından sonra xeyli fasilə yaranacaq. Bundan sonra meydançanın durumu yaxşılığa doğru getməlidir. Əgər problemlə üzləşsək, hər hansı dəyişikliyi düşünmək olar"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!