Səfərov qardaşlarının həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Səfərov qardaşlarının həbs müddəti uzadıldı

Sosial

17 Oktyabr 2025 17:51 222


Yekaterinburqda bu ilin iyun ayında saxlanılan azərbaycanlıların həbs müddəti uzadılıb.

Yenisabah.az xəbər verir ki, Verx-İsetski Rayon Məhkəməsi istintaqın Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovların həbs müddətinin uzadılması barədə vəsatətininin təmin edilməsi barədə qərar çıxarıb.

İstintaqın versiyasına görə, 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda törədilmiş bir neçə qətl və sui-qəsddə iştirak edən azərbaycanlılar 29 dekabr 2025-ci ilə qədər həbsdə qalacaqlar. Dominos pizza

Bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər.

Digər Səfərovlar məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!