Səfir: Bakı və İrəvan üçün ən yaxşı “3+3” formatıdır

saytların hazırlanması

Evə çatdırılma

Səfir: Bakı və İrəvan üçün ən yaxşı “3+3” formatıdır

Dünya

03 Aprel 2025 15:11 234


İran sülhün qorunması, atəşkəs rejiminə riayət edilməsi və sülh sazişinin imzalanması üçün Ermənistan və Azərbaycanın təklif etdiyi istənilən formatı dəstəkləməyə hazırdır.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.

Onun fikrincə, bu mənada “3+3” ən yaxşı formatdır və onun köməyi ilə Yerevanla Bakı arasında sülh sazişinin imzalanmasına nail olmaq mümkündür. Dominos pizza

Səfir izah edib ki, İran sərhəddə sülh və əmin-amanlığın tərəfdarıdır və hesab edir ki, gərginliyin artmasına səbəb ola biləcək istənilən addımdan çəkinmək lazımdır.

Diplomat ümid etdiyini bildirib ki, Ermənistan və Azərbaycan təmkin nümayiş etdirəcək və sülh sazişinin imzalanmasına davam edə biləcəklər:

"Ümid edirik ki, bütün tərəflər sülh və əmin-amanlığa yönəlmiş prinsiplərə sadiq qalacaqlar. Biz həm Ermənistan, həm də Azərbaycanla əlaqə saxlayırıq. Təmaslarımız zamanı tərəfləri sülh sazişinin imzalanması istiqamətində irəliləməyə çağırırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!