Səfir: Bizə ermənicə danışan diplomatlar lazımdır

saytların hazırlanması

Evə çatdırılma

Səfir: Bizə ermənicə danışan diplomatlar lazımdır

Dünya

30 May 2025 17:32 396


Ermənistanın tarixinə, kimliyinə və Ermənistan-Rusiya münasibətlərinə yenidən nəzər salmağa cəhdlər edilir.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin deyib.

Onun sözlərinə görə, məhz buna görə indi həmişəkindən daha çox Ermənistana, erməni millətinə, erməni kimliyinə, erməni tarixinə nəyin tələb olunduğunun obyektiv elmi təhlilinə ehtiyac var: Pepperoni pizza

“Bu, Rusiya üçün daha vacibdir, çünki bizi çox şey birləşdirir.Ermənistan və Rusiyanın tarixi və mənəvi kimliyi o qədər sıx bağlıdır ki, onları ayırmaq bəzən çətin olur.

Ermənişünaslığın hazırda Rusiyada böyük populyarlıq qazanması vacibdir. Hazırda Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda erməni dilinin tədrisi üzrə müvafiq şöbə yaradılır. Bunlar hər cür dəstəklənməli olan proseslərdir.

Ermənicə danışan diplomatların bizə gəlməsi bizim üçün çox vacibdir və bu məsələ hər il ortaya çıxır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!