Səfir: Delimitasiya İranla sərhədə təsir edə bilməz

saytların hazırlanması

Evə çatdırılma

Səfir: Delimitasiya İranla sərhədə təsir edə bilməz

Dünya

06 Fevral 2025 17:36 203


Ermənistan özünü müdafiə etmək qabiliyyətinə malikdir, onun müdafiə qabiliyyətini aşağı salmaq olmaz.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

“Biz məsələlərin diplomatiya yolu ilə həllinə üstünlük veririk və regional problemlərin həllində güc tətbiqinə qarşıyıq. Bölgədə gərginliyin yaranmaması üçün hər cür səy göstərəcəyik. Güc tətbiq etməklə yolların açılması cəhdlərinin heç bir izahı yoxdur. Hərbi toqquşmaların qarşısını almaq üçün hər şeyi etməliyik. Belə bir ssenarinin qarşısını almaq üçün Azərbaycan və digər ölkələrlə əlaqələrimizdən istifadə edəcəyik”, - deyə diplomat vurğulayıb. Pepperoni pizza

Səfir hesab edir ki, delimitasiya prosesi sülhə nail olmaq yolunda mühüm addımdır:

“Bu, Almatı Bəyannaməsinə və beynəlxalq qanunlara əsaslanır. Proses beynəlxalq normalar ruhunda aparılarsa, sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verər. Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi Ermənistanla İran arasındakı sərhədə təsir edə bilməz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!