Səfir “ikinci əl“ məsələsinə aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Səfir “ikinci əl“ məsələsinə aydınlıq gətirdi

Maraqlı

08 Fevral 2023 17:16 2059


“Türkiyə tərəfi işlənmiş paltarların ölkəyə girişinə qadağa qoyub. Buna səbəb müxtəlif növ xəstəliklərin yayılmasının qarşısını almaqdır”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

O bildirib: “Azərbaycandan göndərilən humanitar yardımları Türkiyə tərəfinə yönləndiririk və onlar özləri müəyyən edir ki, hansı bölgədə nəyə ehtiyac var. Ehtiyac olmayan yerə tibbi və digər ləvazimatların göndərilməsinin mənası yoxdur. Ümumiləşdirilmiş anbarlar var və orada bütün məhsullar çeşidlənilir”. Sezar pizza

Səfirin sözlərinə görə, bu günə qədər Azərbaycandan gələn 647 nəfərlik xilasedici artıq iş başındadır:

“Hazırda ən çox ehtiyac məhz xilasedicilərədir. Türkiyə tərəfi işlənmiş paltarların ölkəyə girişinə qadağa qoyub. Buna səbəb müxtəlif növ xəstəliklərin yayılmasının qarşısını almaqdır. Ona görə də ancaq təzə geyimlər qəbul olunur. AFAD xilasediciləri ehtiyac bölgəsinə uyğun şəkildə göndərirr”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!