Səfir İranın prinsipial mövqeyini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Səfir İranın prinsipial mövqeyini açıqladı

Siyasət

04 Noyabr 2020 11:59 1127


İranın dini lideri Ayətulla Seyid Əli Xameneinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Ermənistanın işğal etdiyi əraziləri azad etməli olduğunu qeyd etməsi Tehranın prinsipial mövqeyidir.

Yenisabah.az xəbər verir ki, İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.

M.Pakayinin sözlərinə görə, beynəlxalq hüquqda ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi prinsip olaraq qəbul edilib. Sezar pizza

Keçmiş diplomat əlavə edib ki, buna əsasən ərazisi işğal olunan ölkə torpaqlarının azadlığı üçün mübarizə aparmağa haqlıdır:

“İran da 8 illik müharibədə (1980-1988) işğal olunmuş ərazilərinin azad edilməsi üçün mübarizə aparırdı”.

Keçmiş səfir qeyd edib ki, bütün ölkələr əraziləri işğal edilmiş ölkəyə mənəvi şəkildə və yaxud hər hansı formada dəstək verməlidirlər ki, öz ərazilərini azad edə bilsin: "Buna əsasən İranın dini liderinin açıqlaması tamamilə prinsipial idi". (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!