Səfir: Tehran regionda kommunikasiyaların açılması tərəfdarıdır

saytların hazırlanması

Evə çatdırılma

Səfir: Tehran regionda kommunikasiyaların açılması tərəfdarıdır

Dünya

07 Noyabr 2024 12:28 506


Tehran regionda nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, lakin Ermənistanın suverenliyini və ərazi bütövlüyünü nəzərə alınmalır.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.

O, “Ermənistan-İran: Əməkdaşlıq prosesi və yeni perspektivlər” adlı ekspert forumunda çıxış edib: "İranın qondarma “Zəngəzur dəhlizi” ilə bağlı mövqeyi aydındır: Tehran istənilən geosiyasi dəyişikliklərə və dəhliz məntiqinə qarşıdır. “İranla Ermənistan arasında münasibətlərin möhkəm təməli var: əsrlər boyu yan-yana yaşayan və mehriban qonşuluq əlaqələri olan qonşularıq. Mən heç kimin iki ölkənin maraqlarına zidd addımlar ata biləcəyini düşünmürəm”. Sezar pizza

Sobhani vurğulayıb ki, əvvəllər İran və Ermənistan arasında ikitərəfli münasibətlər də xarici amillərin təsiri olmadan inkişaf edib. Tehran əmindir ki, İrəvanla münasibətlər bundan sonra da xarici amillərin təsirindən azad olaraq qarşılıqlı fəaliyyət ruhunda inkişaf edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!