Səfir təsdiqlədi: Müctəba Xamenei də yaralanıb

saytların hazırlanması

Evə çatdırılma

Səfir təsdiqlədi: Müctəba Xamenei də yaralanıb

Dünya

11 Mart 2026 17:14 572


İranın yeni Ali Rəhbəri Müctəba Xamenei fevralın 28-də, atası da daxil olmaqla, ailə üzvlərindən 6-nın ölümünə səbəb olan hücumda yaralanıb.

"Yeni Sabah" Guardian-a istinadla xəbər verir ki, bunu Tehranın Kiprdəki səfiri Əlirza Salarian bildirib.

56 yaşlı Xameneinin yaralanmasından danışarkən diplomat qeyd edib:  Dördpendirli pizza

"O da iqamətgahda idi və həmin bombardmanda yaralanıb, amma mən bunu əks etdirən xəbərləri xarici KİV-lərdə görmədim. Eşitdiyimə görə, ayaqlarından, əlindən və qolundan yaralanıb... Düşünürəm ki, yaralı olduğu üçün xəstəxanadadır". 

Səfir bazar günü atasının yerinə keçəndən bəri Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmamasının və ya heç bir açıqlama verməməsinin səbəbini izah edib: "Düşünmürəm ki, indiki vəziyyətdə çıxış etmək onun üçün münasib deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!