Almaniyanın Pekindəki yeni səfiri vəzifəyə başlayandan cəmi 2 həftə sonra naməlum səbəblərdən dünyasını dəyişib.
Yenisabah "Reuters"ə istinadla xəbər verir ki, bu gün Almaniya Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.
Nazirlik açıqlamasında avqustun 24-dən etibarən vəzifəsini icra edən Almaniyanın Pekindəki 54 yaşlı səfiri Yan Hekker öldüyü bildirilib. Sezar pizza
Ölüm səbəbi hələ müəyyən edilməyib.
Almaniyanın Pekindəki səfirliyinin sözçüsü də Hakkerin ölümü ilə bağlı "Reuters"in suallarını cavablandırmaqdan imtina edib.
Ötən Cümə günü mərgum səfir Pekindəki iqamətgahında mədəniyyət gecəsi təşkil edib.
Çin rəsmiləri Almaniyanın Pekindəki yeni səfirinin ölümü ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Telegram kanalımız