Səfir: “Ticarət dövriyyəsi 2 ildə 1 milyard dollara çatacaq“

saytların hazırlanması

Evə çatdırılma

Səfir: “Ticarət dövriyyəsi 2 ildə 1 milyard dollara çatacaq“

Rəsmi

14 Fevral 2022 09:25 730


“Tehranla Bakı arasındakı iqtisadi münasibətlər koronavirusa görə, xüsusən də sərhəd bölgələrində pozulub, lakin iki ölkənin rəsmiləri qısa müddətdə onları yaxşılaşmaq və gücləndirmək əzmindədirlər".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Azərbaycan Respublikasındakı səfiri Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarətin hazırkı həcmi 400 milyon dollar həcmindədir, lakin bu göstərici önümüzdəki 2 ildə 1 milyard dollara çatacaq. Marqarita pizza

Azərbaycan Respublikası ilə sərhəd-ticarət mübadiləsinin payının artırılmasının gündəmdə olduğuna bildirən səfir vurğulayıb: "Ərdəbil vilayəti və Biləsvar şəhəri iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsində təsirli rola malikdir. Birgə İqtisadi Komissiyasının növbəti iclasında Biləsuvar-Muğan sərhəd terminalından nəqliyyat-tranzit əlaqəsinin bərpası müzakirə olunacaq və qərar qəbul ediləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!