Səfir Xarici İşlər Nazirliyinə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Səfir Xarici İşlər Nazirliyinə çağırıldı

Dünya

06 Oktyabr 2021 12:04 2193


Fransa prezidenti Emmanuel Makronun Mali hökumətinə qarşı verdiyi ifadələrə etiraz edildi.

Yenisabah.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun Mali hökumətini hədəf alması səbəbindən Fransanın Bamakodakı səfiri M. Joel Meyer, Malinin Xarici İşlər Nazirliyinə çağırılıb.

Malinin Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamaya görə, Fransanın Bamakodakı səfiri Meyer, Makronun Malinin dövlət qurumlarına qarşı istifadə etdiyi “düşmən və təhqiramiz ifadələr” səbəbiylə Xarici İşlər Nazirliyinə dəvət edilib. Fransız diplomat bu açıqlamalara görə, Mali hökumətinin qəzəbini dilə gətirib və dostluq münasibətlərinə xələl gətirə biləcək bu bəyanatlara sərt etirazlar edib. pizza sifarişi

Qeyd edək ki, Makron Mali hökumətinin, istədiyi təqdirdə, Mali xalqının qanuni tələblərinə hörmət edən ortaqları ilə səmimi və ahəngdar əlaqələr qurmağa hazır olduğunu da vurğulayıb.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!