“Səfirimiz hələ də etimadnaməsini Putinə təqdim etməyib“ - Qazaryan

saytların hazırlanması

Evə çatdırılma

“Səfirimiz hələ də etimadnaməsini Putinə təqdim etməyib“ - Qazaryan

Rəsmi

28 İyun 2022 12:29 943


"2022-ci il yanvarın 5-də Ermənistanın Rusiyadakı səfiri təyin edilən və baş nazir Nikol Paşinyana Vətəninin düşmənə təslim edilməsində yardım etdiyi cinayətlərinə görə mükafat olaraq bu vəzifəyə təyin edilən Vaqarşak Arutyunyan etimadnaməsini hələ də Rusiya prezidentinə təqdim etməyib".

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan öz "Facebook" səhifəsində yazıb.

“Buna görə də, onun Rusiyadakı diplomatik missiyası hələ rəsmi olaraq başlamayıb. Ermənistan səfirinin etimadnaməsini təqdim etməzdən əvvəl Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşlərdə iştirak etmək hüququ yoxdur. Lakin bu, onun çoxsaylı qalmaqalların mərkəzində olmasına, istehza obyektinə çevrilməsinə mane olmadı ki, bu da indiki hakimiyyət üçün çox xarakterikdir”, - deyə Qazaryan yazıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!