Səfirlər İrəvanda Türkiyə-Ermənistan münasibətlərini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Səfirlər İrəvanda Türkiyə-Ermənistan münasibətlərini müzakirə etdi

Rəsmi

10 May 2022 16:36 263


Ermənistan parlamentinin sədr müavini Ruben Rubenyan qanunverici orqanın binasında ABŞ, Böyük Britaniya, İsveçrə, Avropa İttifaqı ölkələrinin səfirləri və akkreditasiya olunan nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib. 

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, görüş iştirakçıları Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini və regiondakı vəziyyəti müzakirə ediblər. Toyuqlu pizza

Qeyd edək ki, Ruben Rubenyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir.

Nümyəndələr arasında artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!