Səfirlik əməkdaşlarına silah verilsin - Deputatdan təklif 

saytların hazırlanması

Evə çatdırılma

Səfirlik əməkdaşlarına silah verilsin - Deputatdan təklif 

Maraqlı

01 Fevral 2023 12:25 662


“Parlamentdə bir iclas xaricdə fəaliyyət göstərən səfirliklərimizin təhlükəsizlik məsələsinə aid edilməlidir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib. 

“Dövlət qurumları da parlamentə çağırılmalıdır. Son vaxtlar xaricdəki beş səfirliyimizə hücum olub, bu, ciddi problemdir. Səfirlikdə fəaliyyət göstərən təhlükəsizlik əməkdaşlarımıza lazım gəldikdə silahlar paylanılmalıdır. Bu məsələ müzakirə olunmalıdır”, - deyə deputat təkliflə çıxış edib.  Dördpendirli pizza

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!