Səfirlik İsraildəki soydaşlarımıza xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Səfirlik İsraildəki soydaşlarımıza xəbərdarlıq etdi

Siyasət

13 İyun 2025 11:35 326


Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi "X" hesabında yazılıb.

"Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq İsraildə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmələri, ayıq-sayıq olmaları və həyəcan siqnalı zamanı ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyən etmələri tövsiyə olunur", - məlumatda qeyd olunub. pizza mizza

Müraciətdə Azərbaycan vətəndaşlarından İsrailin yerli səlahiyyətli qurumlarının verdiyi təhlükəsizlik təlimatlarına tam uyğun şəkildə davranmaları və mümkün qədər sığınacaqlara yaxın ərazilərdə olmaları xahiş olunub:

"Təhlükə ilə bağlı operativ məlumatların vaxtında alınması üçün mobil telefonlara "Home Front Command", "Red Alert", "Tzofar" kimi tətbiqlərin yüklənməsi vacibdir. Hazırda İsrailin hava məkanı bağlı olduğundan hava nəqliyyatı ilə ölkədən çıxış mümkün deyil. Bununla yanaşı, ölkənin quru sərhəd-keçid məntəqələri fəaliyyətini davam etdirir. Zəruri hallarda Azərbaycanın İsraildəki səfirliyi ilə aşağıdakı əlaqə vasitələri vasitəsilə əlaqə saxlamağınız xahiş olunur: E-mail: telaviv@mission.mfa.gov.az Telefon: +972 54 539 7788".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!