Səfirlik qarşısında etiraz aksiyası keçirilib:   “Fransa, ATƏT-dən rədd ol!” - Video

saytların hazırlanması

Evə çatdırılma

Səfirlik qarşısında etiraz aksiyası keçirilib: “Fransa, ATƏT-dən rədd ol!” - Video

Hadisə

26 Noyabr 2020 12:59 1011


Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, paytaxt sakinləri və 40-a yaxın QHT səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz ediblər.

Aksiya iştirakçıları səfirlik qarşısında ingilis və fransız dillərində hazırlanmış plakatlar nümayiş etdirərək, "Qarabağ Azərbaycandır", "Fransa, ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa, ATƏT-dən rədd ol!" kimi şüarlar səsləndiriblər. Dominos pizza

Daha sonra aksiya iştirakçıları səfirlik qarşısında bəyanat səsləndiriblər.

Bəyanatında bildirilib ki, Fransa senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da əldə edilmiş razılaşmaya kölgə salır: "Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizmə göz yumaraq riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi.

Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik. Senatın qəbul etdiyi qətnamə BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkədir. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!