Səfirlikdən İrəvana sərt təpki: “İttihamların qarşısını alın!“

saytların hazırlanması

Evə çatdırılma

Səfirlikdən İrəvana sərt təpki: “İttihamların qarşısını alın!“

Rəsmi

17 Avqust 2022 11:59 1084


"Biz yerli informasiya məkanında Rusiya strukturlarına qarşı bu il avqustun 14-də "Surmalu" ticarət mərkəzinin ərazisində baş verən faciədə iştirakla bağlı əsassız və saxta ittihamlardan ibarət rüsvayçı materiallardan hiddətlənirik".

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində yerləşdirilən məlumatda deyilir.

“Bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar, o cümlədən lazımi pablik şərhlər gözləyirik. Marqarita pizza

Müvafiq nota səfirlik tərəfindən Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilib.

Rusiya-Ermənistan Humanitar Reaksiya Cavab Mərkəzinin təmsil etdiyi Rusiya tərəfi ilk dəqiqələrdən faciənin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub”, - deyə məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!