Səfirliyə hücumda həlak olan Orxan tanınmış həkimin oğludur

saytların hazırlanması

Evə çatdırılma

Səfirliyə hücumda həlak olan Orxan tanınmış həkimin oğludur

Maraqlı

27 Yanvar 2023 14:16 946


Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda həlak olan mühafizəçi tanınmış həkimin oğludur. 

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Gəncədə tanınmış səhiyyə işçisidir. 

"Medicina" xəbər verir ki, ata Rizvan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanası nəzdindəki 1 saylı Z.Məmmədov adına xəstəxananın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.  Marqarita pizza

Orxan Əsgərov evli olub, 2 övladı var. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!