Səfirliyimiz Tehrandan təxliyə olunacaq – XİN rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

Səfirliyimiz Tehrandan təxliyə olunacaq – XİN rəsmisi

Maraqlı

27 Yanvar 2023 13:02 1090


Biz bu mənfur hücumu ən sərt şəkildə qınayırıq. Biz İran hökumətindən təcavüzkarın və təhrikçinin müəyyən edilməsi üçün lazımi addımların atılmasını tələb edirik. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib. 

"Hər bir dövlət öz ölkəsindəki səfirliklərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır. Azərbaycan hökuməti tezliklə Tehran səfirliyini boşaltmağı planlaşdırır", - deyə XİN rəsmisi əlavə edib.  pizza hut

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!