Azərbaycan XİN İrandakı səfirliyimizə terror hücumunun xronologiyasını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.
"Sosial şəbəkələrdə yayılmış məlumatlarda terror hadisəsinin xronologiyasında bəzi çaşqınlıqlar var, əlavə şərhlərə yol verilir. Videogörüntülərdə xronometraja səhv istinadlar var. Səfirliyin küçəyə baxan kameralarında 24 dəqiqə erkən vaxt qeyd olunub. Bu da bəzi texniki amillərlə mövcuddur. Səfirliyin içində və çölündəki kameralarda zaman fərqi var. Bu zaman fərqi 24 dəqiqəyə bərabərdir”, - deyə XİN rəsmisi vurğulayıb. pizza
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb./Modern.az
Telegram kanalımız