“Şəhər qəbiristanlığının hərbi əhəmiyyəti varmı?” -   Prezidentin köməkçisi

saytların hazırlanması

Evə çatdırılma

“Şəhər qəbiristanlığının hərbi əhəmiyyəti varmı?” - Prezidentin köməkçisi

Siyasət

15 Oktyabr 2020 15:51 873


“Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır”.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığına amansız hücumu nəticəsində yaralı mülki şəxslərin sayı 5-ə yüksəlib. pizza mizza

“Şəhər qəbiristanlığının hərbi əhəmiyyəti varmı? Əlbəttə ki, yox!”, - deyə H. Hacıyev qeyd edib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!