“Şəhər tutulandan sonra sığınacaqda qalmağın mənası olmayacaq“   - Kiyevdə yaşayan azərbaycanlı

saytların hazırlanması

Evə çatdırılma

“Şəhər tutulandan sonra sığınacaqda qalmağın mənası olmayacaq“ - Kiyevdə yaşayan azərbaycanlı

Maraqlı

05 Mart 2022 11:31 690


“Şəhərdən çıxmaq ehtimalı daha da çətinləşdi”.

Yenisabah.az xəbər verir ki, bunu Diaspor TV-yə müsahibəsində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Dnepr vilayəti üzrə regional bölməsinin rəhbəri, professor Eldar Tağıyev deyib.

Onun sözlərinə görə, rabitə hələlik stabil şəkildədir: Toyuqlu pizza

“Gecə yenə də hava həyəcanı oldu. Güclü atışma başladı. Bizim ərazimiz çox təhlükəlidir. Çünki İrpendə şəhərin girişində, dəmiryol vağzalının yanındayıq. Rabitə hələlik kəsilməyib".

E.Tağıyev qeyd edib ki, şəhərdən çıxmaq getdikcə çətinləşir:

“Hava həyəcanı veriləndə maşınlar hərəkət edə bilməz. Atəş açarlar. Azərbaycanlılardan bir-iki adam qalıb. Çox təhlükəli ərazidəyik.

Hava hücumunun qabağında təhlükəsiz yer hara ola bilər ki. Sığınacaq guya təhlükəsizdir. Amma şəhəri tutulandan sonra heç bir mənası olmayacaq”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!