Şəhərdə gəzmək üçün özünü hərbçi kimi təqdim etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəhərdə gəzmək üçün özünü hərbçi kimi təqdim etdi - Video

Kriminal

20 Aprel 2020 12:47 1306


Gəncədə özünü hərbçi kimi təqdim edərək xüsusi karantin rejimi pozan  şəhər sakini saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən hərbi geyimli bir nəfər şəxsin qeyri-adekvat hərəkətlərinə görə hərbçi olması şübhə doğurduğundan saxlanılaraq ərazi üzrə polis bölməsinə gətirilib.

Yenisabah.az-a daxil olan məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 23 yaşlı Muradov Kirill Elman oğlu  xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün hərbi forma geyinib. pizza hut

Faktla bağlı araşdırmalar davam etdirilir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!