Şəhəri buna görə yandırdılar -   Mel Gibsondan sensasiya

saytların hazırlanması

Evə çatdırılma

Şəhəri buna görə yandırdılar - Mel Gibsondan sensasiya

Dünya

13 Yanvar 2025 08:29 484


"Yeni düzən naminə bütün şəhər məhv edildi. Hollivud isə çoxdan nüfuzunu itirmiş bir sektor idi".

Ölkə.Az xəbər verir ki, bunu Los-Ancelesdəki yanğınlarda zərər görən məşhur Hollivud aktyoru Mel Gibson "Fox TV" kanalında çıxışı zamanı deyib.

“Bu, mənə köhnə dövrlərdə insanları torpaqdan qovmaq üçün bu üsuldan istifadə edən varlı mal-qara sahiblərini xatırlatdı. Bilmirəm... Sadəcə olaraq, yanğınsöndürənlərin sularının olmaması mənə bir az qəribə göründü". pizza sifarişi

Ulduz aktyor kino sənayesində etik prinsiplərin ciddi şəkildə pozulduğunu, təhlükəsizlik və etibardan artıq məhrum olduğunu bildirib. O, Kaliforniya hakimiyyətini Los-Ancelesin su ehtiyatlarını məqsədli şəkildə israf etməkdə günahlandırıb.

Mel Gibsonun özünə və yaxınlarına zərər dəyməyib. Yanğın zamanı Texas ştatında olub, lakin onun oğlu Milo, könüllü yanğınsöndürmə briqadasının üzvü, fəlakət yerində olub və zəruri əşyaları götürməyi bacarıb.

“Oğlum pasportları və bir neçə vacib sənədi götürüb aparmağı bacardı... Bu, faciədir, çox üzücüdür. Amma mən qonşularıma baxıram və özümdən çox onlar üçün narahatam”, - deyə Gibson söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!