Şəhərin ən bahalı küçəsi –   Kirayə qiymətləri əl yandırır

saytların hazırlanması

Evə çatdırılma

Şəhərin ən bahalı küçəsi – Kirayə qiymətləri əl yandırır

Dünya

15 Aprel 2025 16:08 423


Uzun illər boyunca İstanbulun ən bahalı və prestijli küçəsi kimi tanınan İstiklal Caddəsi artıq liderliyini itirib.

Yenisabah.az xəbər verir ki, hər kəsin ağlına ilk gələn İstiklal və Bağdat Caddələri bu dəfə geri planda qalıb.

Yeni hesabatlara görə, İstanbulun ən bahalı küçəsi artıq Nişantaşında yerləşən Abdi İpekçi Caddəsidir. Dördpendirli pizza

Səbəb? Lüks markaların artan marağı və xarici turistlərin bu əraziyə axını. Abdi İpekçi Caddəsində mağaza icarə haqları metrekvadrat üçün 220 dollara qədər yüksəlib. Bu isə onu İstanbulun ticarət baxımından ən dəyərli nöqtəsinə çevirib.

İstiklal Caddəsi isə son illərdəki dəyişikliklərlə bir qədər cazibəsini itirib. Mağaza sahiblərinin tez-tez dəyişməsi, bəzilərinin fəaliyyətini dayandırması və turistik marağın digər ərazilərə yönəlməsi bu küçənin sıralamada geriləməsinə səbəb olub. Hazırda burada icarə haqları 250-500 dollar arasında dəyişsə də, sabitliyini qorumaqda çətinlik çəkir.

Bağdat Caddəsi isə hələ də populyarlığını qoruyur. Burada boş mağazaların sayı azalıb, dünya brendləri isə bu ərazidə yer almaq üçün növbəyə düzülür. Lakin qiymət və tələb baxımından Abdi İpekçi Caddəsinin gerisində qalır.

Ekspertlər bu dəyişikliyi şəhərin alıcı gücünün və lüks markalara olan tələbin artması ilə izah edirlər. Görünür, İstanbulun ticarət xəritəsi yenidən çəkilir.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!