“Şəhid adı, şəhidlik anlayışı qanunla müdafiə olunmalıdır” -   Vəkildən təklif

saytların hazırlanması

Evə çatdırılma

“Şəhid adı, şəhidlik anlayışı qanunla müdafiə olunmalıdır” - Vəkildən təklif

Hadisə

30 Aprel 2021 11:13 1068


"Şəhid Xudayar Yusifzadə ilə bağlı yaranan qalmaqal "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanuna əlavələr edilməsi zərurəti yaradıb".

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış vəkil Ceyhun Cəfərov bildirib.

Hüquqşünas əlavələrlə bağlı təklifini də qeyd edib: Sezar pizza

"Fikrimcə, şəhid adının əbədiləşdirilməsi ilə yanaşı, şəhid adı, şəhidlik anlayışı qanunla müdafiə olunmalıdır. Qanuna əlavə belə bir məzmunda ola bilər: "Şəhidin xatirəsi və şəhidlik anlayışı qanunla qorunur. Şəhid haqqında istehza, kinayə və rişxənd dolu məlumatların yayılmasına yol verilmir. Şəhid və şəhidlik anlayışı satira və tənqidi yumor obyekti ola bilməz". Qanunda bununla bağlı müvafiq hüquqi məsuliyyət də nəzərdə tutula bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!