Şəhid ailələrinə ev tikmək üçün bataqlıqdan torpaq verilib - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailələrinə ev tikmək üçün bataqlıqdan torpaq verilib - Fotolar

Sosial

29 Avqust 2019 15:04 1134


Sumqayıtda Yaşıl Dərə Massivində şəhid ailələrinə bataqlıq ərazilərdən torpaq sahəsi verilib.

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, ərazilərin ailələrə ev tikmək məqsədilə 10 il əvvəl paylanıldığı bildirilir.

Sumqayıt Şəhər Bələdiyyəsinin verdiyi torpaqlar istifadəyə yararsız olduğu üçün şəhid ailələri illərdir orada heç bir tikinti işi apara bilmir. Dördpendirli pizza

Maraqlısı isə budur ki, illər ərzində heç bir qurum məsələyə diqqət yetirməyib.

Saytın əməkdaşı məsələni araşdırmaq üçün Sumqayıt Şəhər Bələdiyyəsi ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Vüsal Məmmədov saytımıza açıqlamasında məsələdən xəbərdar olduqlarını, problemin texniki və maliyyə səbəbindən həll olunmadığını deyib

“Həmin ərazilər şəhid ailələrinə bələdiyyənin sabiq rəhbərliyinin vaxtında ayrılıb. Təəssüflər olsun ki, onlara o qədər də münasib olmayan yerlər verilib. Hazırda isə bələdiyyənin həm texniki, həm də maliyyə baxımdan imkanları yoxdur ki, həmin ərazini qurudub şəhid ailələrinə təqdim etsin.

Yaxın gələcəkdə imkan olan kimi bu məsələ yenidən nəzarətdən keçiriləcək. Amma indi texniki və maliyyə imkanları buna imkan vermir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!